Moskvada türk restoran sahibi öldürüldü
9 Sentyabr 2013 18:43 KriminalMoskvada türk iş adamı qətlə yetirilib. Lent.az-ın "İnterfaks"a istinadən verdiyi məlumatına görə, Türkiyə vətəndaşının meyiti ona məxsus "Baxçasaray" restoranında tapılıb. Polisdən bildirilib ki, hazırda hadisə yerində operativ istintaq qrupu çalışır. Hadisənin bütün təfərrüatları aydınlaşdırılır. Qətlə yetirilənin şəxsiyyəti açıqlanmır. Cinayəti törədən isə axtarılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31