Bakıda mütəşəkkil cinayətkar dəstənin üzvləri tutuldu
9 Sentyabr 2013 14:48 KriminalSentyabrın 7-də Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində mütəşəkkil dəstənin üzvləri yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də T. Musayevə bıçaqla xəsarət yetirib 47 manat pulunu almış Binə qəsəbə sakinləri Samir Cəfərov, Rəqsanə Əliyeva, Çıraq Cabbarov, Tural Hüseynov və Əhliman Bağırov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31