Narkotika alverçilərinə hökm oxundu
3 İyul 2012 18:35 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan daha bir qrupun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Elşən Məmmədov 6 il, Füzuli Bayramov 1 il 6 ay, Fariz Muradov 6 ay, Elmin Kərimli 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Onlardan küllü miqdarda narkotik vasitə aşkar edilərək, götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31