Narkotacir dəstəsinə 60 il iş verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Paşa Camalov, Sərdar İsmayılov, Emin Bağırov, Eldəniz Qafarov və Səxavət Ağayevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Paşa Camalov 13, Sərdar İsmayılov 13,  Emin Bağırov 10, Eldəniz Qafarov 12, Səxavət Ağayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31