Azərbaycanda toy günü bəy pərişan oldu

Azərbaycanda toy günü bəyin evini qarət ediblər

Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, bir neçə gün əvvəl Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səməd Hüseyn oğlu Məmmədov polisə müraciət edərək evinin qarət edildiyini bildirib. Şikayət ərizəsində o qeyd edib ki, evindən 3000 manat dəyərində qızıl-zinət əşyaları, 700 manat pul və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ceyhun Yusifov və 1997-ci il təvəllüdlü Ceyhun Soltanov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31