Azərbaycan əsgəri güllə partlaması nəticəsində həlak olub
Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb və dünyasını dəyişib
9 Sentyabr 2013 12:08 KriminalAzərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "N" saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib.
Nazirlik əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, həlak olan əsgər Yevlax rayonundan hərbi xidmətə çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31