Azərbaycan fransalı iş adamını beynəlxalq axtarışa verdi FOTO
Onun dövlətlərarası axtarışa verilməsi barədə qərar çıxarılıb
6 Sentyabr 2013 16:30 KriminalAzərbaycan fransalı iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Məlumatda qeyd edilir ki, 53 yaşlı Ramy Nanigue Francois vergidən yayınmaqda ittiham olunur. Azərbaycan məhkəməsi onun dövlətlərarası axtarışa verilməsi barədə qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Ramy Nanigue Francois Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31