Külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi və "Sınıq Körpü" gömrük postu əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasından ölkəmizə gələn Gəncə şəhər sakini Məmmədov Elçin Rasim oğlunun etibarnamə ilə idarə etdiyi "Opel Astra" markalı 99 HF 952 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. DGK mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində ümumi çəkisi 5 kiloqram 553 qram olan qızıl-zinət əşyaları-79 ədəd klon, 226 ədəd üzük, 389 cüt tana, 272 ədəd bilərzik, 393 ədəd boyunbağı, 14 dəst tana-klon-üzük, 6 dəst boyunbağı-bilərzik-üzük-tana, 24 dəst üzük-tana, 70 ədəd klonlu boyunbağı, 34 ədəd sancaq, 168 ədəd göz muncuğu gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib. Faktla bağlı DGK istintaq idarəsində təhqiqat aparılır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31