Bakıda qadın qəbiristanlıqda qətlə yetirildi

Meyitin üzərində zorakılıq əlamətləri olub

Bakıda qəbiristanlıqda qadın meyiti tapılıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən qəbiristanlıqda meyiti aşkarlanan 25-30 yaşlarında qadının üzərində zorakılıq əlamətləri olub.
Hadisə yerinə rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları çıxıb. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Qətlə yetirilən qadının şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31