20 yaşlı qız intihar edib

Abşeron rayonunda 20 yaşlı qız intihar edib. Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 5-də saat 16:00 radələrində Abşeron rayonu, Fatmayi kəndində 1993-cü il təvəllüdlü Əliyeva Rüxsarə özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.
Hələlik 20 yaşlı qızın hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31