“Saz Müştəri Xidmətləri” mağazası qarət olundu

Mağazadan 3000 manat pul, qeydiyyat kartları və kompüter modemləri oğurlanıb

Sumqayıtda "Saz Müştəri Xidmətləri" mağazası qarət olunub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 4-nə keçən gecə şəhər sakini Pərviz Zeynalova məxsus "Saz Müştəri Xidmətləri" mağazasından 3000 manat pul, qeydiyyat kartları və kompüter modemləri oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Elçin Ağayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31