Azərbaycanda terror planlaşdıran İran vətəndaşının məhkəməsi başladı

Proses günün ikinci yarısında davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun  cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31