Bakıda bomba həyəcanı yaşandı

Fövqəladə Hallar Nazirliyi "Çudo Peçka"dakı bomba həyəcanı ilə bağlı rəsmi məlumat yayıb.
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Çudo Peçka" kafesində partlayıcı qurğu olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə kafedə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.
Nəticədə, qeyd olunan ünvanda partlayıcı qurğu aşkar edilməyib.
Bakının Nəsimi rayonunun, 3-cü mikrorayon dairəsində yerləşən "Çudo Peçka" mağazasına partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub.
APA-nın əldə etdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Mağazadan və ətrafdakı obyektlərdən insanlar evakuasiya olunub.Aparılan axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.Polis anonim zəngin edildiyi ünvanı müəyyənləşdirmək üçün araşdırma aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31