“Azərenerji”nin obyektində yanğın
5 Sentyabr 2013 17:09 KriminalAbşeronda "Azərenerji" ASC-nin tikintisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib. "Azərenerji" ASC-yə məxsus ümumi sahəsi 40 kv.m olan tikilinin içərisində yerləşən transformatorun sarğıları, yağı və çıxış kabelləri 4 p.m yanıb. Tikili və digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31