Bakı sakini küçənin ortasında qətlə yetirildi
3 İyul 2012 17:26 KriminalPaytaxtada naməlum şəxs Bakı sakinini öldürüb qaçıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə iyulun 2-də Nəsimi rayonu ərazisində baş verib. Naməlum şəxs Bakı şəhər sakini Nazim Ağaquliyevə ondan artıq bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılan yaralı yolda ölüb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb və qatilin axtarışlarına başlanıb. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq hələlik qatil tapılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31