Türkiyədən zinət əşyaları gətirən qadın saxlandı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü"  gömrük postunda Türkiyə Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı Səfərova Gültəkin Bahəddin qızı üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın üzərindən 5 ədəd üzük, 2 cüt tana və 1dəst tana-üzük aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31