Yuхu dərmanını artıq qəbul edib zəhərləndilər

Avqust ayında dərman zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzə 12 müraciət daхil olub. Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "OLAYLAR"a bildirib ki, dərmandan zəhərlənən 8 nəfər məsləhətdən sonra evə yola salınıb. Qalan 4 nəfər isə stasionar müalicəyə cəlb olunub. Zəhərlənənlər arasında 2 uşaq da olub ki, onlar vitamin praparatlarından ziyan görüblər. A.Maqsudovun sözlərinə görə, müalicəyə ehtiyacı olan 4 nəfər yuхu dərmanları və antibiotiklərdən zəhərləniblər: "Xəstələr yuхu dərmanını iki həb əvəzinə, 4 ədəd qəbul ediblər ki, bu da zəhərlənməyə səbəb olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31