Səngəçalda “Mercedes” elektrovozla toqquşdu, 5 nəfər yaralandı

İyulun 1-də saat 20.00 radələrində Səngəçal Dəmir Yolu Stansiyası ərazisində qatar minik avtomobili ilə toqquşub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə dəmir yolu stansiyasının 490-cı kilometrliyində, qorunmayan keçiddə baş verib. Bakı şəhər sakini Mürşüd Məmmədov idarə etdiyi "Mercedes-190" markalı avtomaşını elektrovoza vurub. Nəticədə xəsarət alan M.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri İradə Osmanova, Vüsal Əliosmanov, Aytac Məmmədova və Anar Veysov xəstəxanaya yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31