Azərbaycanda məsciddən 2 mərmi aşkarlandı
3 İyul 2012 17:24 KriminalAğstafa şəhər İmaməli Məscidinin həyətində mərmi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə məscidin həyətində qazıntı işləri aparılarkən aşkarlanıb. Qazıntı zamanı məscidin ərazisində 2 ədəd başlıqsız mərmi tapılıb. Mərmilər Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31