Ağdaş polisi narkotacirdən 6 kiloqram marixuana aşkarladı

Ağdaşda daha bir narkotika alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacılı kənd sakini Firudin Məmmədovun evinə baxış zamanı 5 kiloqram 855 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31