İsmayıllıda dəhşətli qəza, 2 nəfər öldü
5 Sentyabr 2013 15:42 Kriminalİsmayıllıda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 4-də saat 10.30 radələrində İsmayıllı rayonu Basqal kəndinin ərazisində baş verib. Şamaxı rayon sakini Müzəffər Səfərovun idarə etdiyi "ZAZ-1103" markalı və İsmayıllı rayon sakini Hikmət Qasımovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış M.Səfərov və sərnişini, Şamaxı rayon sakini Mövlüd Musayev hadisə yerində ölüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31