Nabranda məhşur istirahət mərkəzi fahişəxana çıxdı

Nabranda tanınmış istirahət mərkəzinin fahişəxana kimi fəaliyyət göstərməsi üzə çıxıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nabran qəsəbəsinin ərazisindəki "Sevdiyim məkan" adlı istirahət mərkəzində oranın işçisi Adil Eyyubovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31