23 yaşlı gəlin qayınanasını bıçaqladı

Hadisə Daşkəsəndə baş verib

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Daşkəsən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan hissəsində baş verib.
Rayon sakini, 1990-cı il təvəllüdlü Elnarə Əsgərova ailədaxili münaqişə zəminində qaynanası, 1957-ci il təvəllüdlü Validə Qədirovanı ayaq nahiyəsindən bıçaqlayıb. Daha sonra gəlin özünün qarın nahiyəsinə bıçaqla zərbə endirib.

Hər iki qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31