Sumqayıt yolunda avtobus “OPEL”lə toqquşdu, 4 yaralı

Sumqayıt yolunda daha bir avtobus qəzaya uğrayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində Bakı-Quba yolunun 35-ci kilometrliyində "OPEL" markalı minik avtomobili və "KİNG LONG" markalı avtobus toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə, "Opel" markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət almış və xəstəxanaya aparılıb. Həmin avtomobildə olan 1949-cu il təvəllüdlü 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 08:03-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31