Bakıda sərnişinlə dolu avtobus divara çırpılıb, xəsarət alanlar var

Bakıda "Koroğlu" metro stansiyasından "Dərnəgül"ə gedən yolda sərnişin avtobusu divara çırpılıb.Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi məlumata görə, qəza zamanı avtobusda çoxlu sayda sərnişin olub. Hazırda təcili tibbi yardım briqadaları hadisə yerində işləyib. İlkin məlumata görə, xəsarət alanlar var.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanlara isə yerindəcə tibbi yardım edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31