İsmayıllıda dəhşətli qəza: 2 ölü
4 Sentyabr 2013 19:08 Kriminal"Kamaz"la toqquşan minik maşınının sürücüsü və sərnişini ölüb. İsmayıllı rayonu ərazisində "Tavriya" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində deformasiyaya uğramış minik avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Səfərov Müzəffər Eyvaz oğlu və sərnişin 1976-cı il təvəlludlu Musayev Mövlud Muxtar oğlunun sıxılmış meyitləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə olunmaqla çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 11:20-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31