Konfetin içində tiryək keçirmək istədi
4 Sentyabr 2013 17:16 KriminalPenitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 178.2.1, 177.2.2, 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova uzaq qohumu vətəndaş Vüsal Balasər oğlu Şükürovun gətirdiyi sovqata baxış keçirilərkən karamel konfetlərinin 2 (iki) ədədinin içərisində gizlədilmiş, xalis çəkisi 4.108 qr olan narkotik maddə "tiryək" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.