Moskvada iki soydaşını bıçaqlayan azərbaycanlı intihar etdi
4 Sentyabr 2013 17:07 KriminalRusiya paytaxtında azərbaycanlı özünü yaşadığı binanın 13-cü mərtəbəsindən ataraq intihar edib . APA-nın verdiyi məlumata görə, hadisə paytaxtın Cənub-Şərq hissəsində, Yunıx Lenintsev küçəsindəki 51 nömrəli binada baş verib. Məlumata görə, azərbaycanlı gənc ilə iki dostu arasında mübahisə yaranıb. Mübahisə nəticəsində azərbaycanlı hər iki dostunu bıçaqla yaralayıb. O, daha sonra özünü yaşadığı evin 13-cü mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31