Fəhlənin başına daş düşdü, öldü

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 3-də Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsindəki sexdə baş verib. Orada fəhlə işləyən Siyəzən rayon sakini Taleh Həsənovun başına daş düşüb və o, aldığı xəsarətdən hadisə yerində ölüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31