Bakıda adam oğurlayan mütəşəkkil dəstə yaxalandı

Bakıda adam oğurlayan mütəşəkkil dəstə polis tərəfindən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR" nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilir ki, sentyabrın 3-də Qaradağ rayonu Səngəçal qəsəbə sakini Gülbəniz Quliyeva 11-ci PB-yə ərizə ilə müraciət edərək həmin gün qızı Cəmalənin qəsəbə ərazisindən "Opel" markalı avtomaşında olan 4 naməlum şəxs tərəfindən zorla aparılmasını bildirib.  Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən "Opel" markalı avtomaşın BDYPİ-nin əməkdaşları tərəfindən Kürdəmir rayonunun ərazisində saxlanılıb,  sürücü,  Bakı şəhər sakini Nurlan Həsənov və sərnişinləri, Səngəçal qəsəbə sakinləri Vəliyyət Lələyev, Bərdə rayon sakinləri Nicat Kərimov və Fərid Kərimov Qradağ RPİ 11-ci PB-yə, Cəmalə isə valideynlərinə təhvil veriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31