Qusarda qanunsuz tibb müəssisəsi aşkarlandı
4 Sentyabr 2013 16:31 KriminalQusarda mənzildə qanunsuz tibb müəssisəsi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon sakini Məmləkət Bədirxanovanın evində, orada kirayədə yaşayan Rusiya Federasiyası vətəndaşı Svetlana Popovanın müvafiq sənəd və xüsusi razılıq olmadan "Valeoksan" markalı cihazla müayinə aparıb hər bir vətəndaşdan 20 manat pul alması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31