Samuxda narkotacir 20 kiloya yaxın marixuana ilə tutuldu
4 Sentyabr 2013 16:19 Kriminal. Samuxda narkotika alverçisi külli miqdarda marixuana ilə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakini Nazim Qasımov 14,87 qram marixuananı satarkən tutulub. N.Qasımovun həmin narkotik vasitəni qəsəbə ərazisində kultivasiya yolu ilə yetişdirməsi müəyyən edilib. Həmin əraziyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 kiloqram 300 qram olan 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31