Narkotika becərən şəxsin həyətindən 7 kilo çətənə aşkarlandı

Oğuzda narkotika becərən şəxs ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sincan kənd sakini Novruz Nəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 6 kiloqram 795 qram olan 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31