Bakıda mütəşəkkil oğru dəstəsi zərərsizləşdirildi
4 Sentyabr 2013 16:12 KriminalBakıda son iki ayda mənzilləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Asim Paşayevin evindən 1000 manat, avqustun 29-da isə Şairə Fərziyevanın evindən 2500 manat pul və qızıl əşyalarını oğurlamış Bakı şəhər sakinləri Oleq Jukovskiy və Rəhman Şıxəliyev tutulublar. O.Jukovskidən 12,28 qram, R.Şıxəliyevdən isə 14,51 qram marixuana götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31