Sumqayıtda küçəyə qumbara atdılar

Sumqayıtda küçədən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 3-də baş verib. Şəhər polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən 11-ci mikrorayon Koroğlu küçəsindən 1 ədəd "Revolver" markalı tapança və 2 ədəd "F-1" qumbarası tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31