Məhkəmə qərarlarını icra etməyən 136 şəxs barədə cinayət işi başlanıb
4 Sentyabr 2013 16:08 Kriminal2003-cü ilin birinci yarısında icra işlərinin sayı 26,5% artaraq 142.200-ə çatıb. Onlardan 96.500-nin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 56 milyon manatdan çox vəsaitin ödətdirilməsinə nail olunub. Bu barədə Ədliyyə Nazirliyindən verilən məlumata görə, qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.300 şəxs inzibati məsuliyyətə cəlb olunub. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanıb, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31