Xaçmazda ağır qəza: 1 ölü, 2 yaralı

Hazırda yaralılar təcili yardım maşınları ilə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına aparılır
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun, Çinartala kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "VAZ 21 06" markalı avtomobillə "VAZ 21 07"nin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hazırda yaralılar təcilli yardım maşınları ilə Xaçmaz rayon Mərkəzi xəstəxanasına çatdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31