Bakıda MTN-nin binası qarşısında zəncirvari qəza

Qəzada üç avtomobil toqquşub

Bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində zəncirvari yol qəzası baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Parlament prospektində qeydə alınan qəza nəticəsində üç avtomobil toqquşub. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında 10 FU 999 dövlət nömrə nişanlı "Toyota RAV4", 90 SD 091 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil və 90 SJ 864 dövlət nömrə nişanlı "Toyota Land Cruiser Prado" markalı avtomobillər toqquşub.

"Land Cruiser" markalı avtomobilin sürücüsü Ramin Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, işıqforun qırmızı işığında qarşısında avtomobil qəfildən dayanıb. Nəticədə avtomobillər bir-biri ilə toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Qəza ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31