Bakıda dəhşət: 27 yaşlı gənc həmcinsini camaatın gözü qarşısında güllələdi

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb

Ötən gün axşam saat 21:00 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Məşədi Hilal Kazımov küçəsi 8 ünvanında, alqı-satqı ofisinin qarşısında, camaatın gözü qarşısında güllələnmə hadisəsi baş verib.Belə ki, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov odlu silahdan atəş açaraq 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu güllələyib. Açılan atəş nəticəsində Elçin Fərəcov ağır yaralanıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31