Bakıda güclü külək 77 yaşlı kişinin ölümünə səbəb olub

Bakıda 77 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 77 yaşlı Əhəd Abdullayev güclü külək nəticəsində ağacdan yıxılıb. Hadisə yerinə gələn təcilli yardım ilə xəstəxanaya aparılan Ə. Abdullayev yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31