Ötən həftəsonu Azərbaycanın yollarında 12 nəfər ölüb
2 Sentyabr 2013 19:26 KriminalÖtən həftəsonu Azərbaycanın yollarında 21 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 38 nəfər yaralanıb. Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 31-də respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
Avqustun 1-də isə respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31