Dövlət çevrilişinə cəhdlə bağlı məhkəmə işi başlayır
Türkiyədə "28 fevral" işi ilə əlaqədar 103 şübhəli şəxs dindiriləcək
2 Sentyabr 2013 14:33 KriminalTürkiyədə dövlət çevrilişinə cəhdlə bağlı "28 fevral" işinin ilk mərhələsi bu gün başlayır. Ankara Ədliyyəsində keçirilən məhkəmə prosesində 103 şübhəli şəxs dindiriləcək. Onlar "Türkiyə Cümhuriyyəti hökumətini qəsdən devirməyə cəhddə iştirak" maddəsi ilə mühakimə olunacaqlar.
Şübhəlilər arasında sabiq baş qərargah rəisi İsmail Hakkı Karadayı, təqaüddə olan ordu generalları Çevik Bir, Çətin Doğan və Erol Özkasnak kimi tanınmış simalar yer alır.
Məhkəmə prosesi Ankara 13-cü Ağır Cəza Məhkəməsində aparılacaq. Bununla əlaqədar Ankara Ədliyyəsi önündə təhlükəsizlik tədbirləri gücləndirilib. Toplu-müdaxilə maşınları da hazır vəziyyətə gətirilib. Kütləvi-informasiya vasitələrinin nümayəndələri də səhər saatlarından məhkəmə binası önündə gözləyir.