Bakıda dəhşətli qəza: ana və iki azyaşlı uşağını maşın vurdu
2 Sentyabr 2013 13:08 KriminalBakıda ana və iki azyaşlı uşağını maşın vurub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə alınıb. Asəf Əsgərov idarə etdiyi 90-EZ-736 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobili arxadan Murad Talıb oğlu Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı avtomobilə çırpıb.
Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı və oğlu - 5 yaşlı Əlini vurub.
Nəticədə Əli hadisə yerində ölüb, E. İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31