Baş Prokurorluq Bakıda silahlı qətl törədən şəxsi yaxalayıb
2 Sentyabr 2013 11:56 KriminalBakı şəhər Prokurorluğu Bakıda baş verən silahlı qətllə bağlı məlumat yayıb. "OLAYLAR"ın Baş Prokurorluğun saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 29-da Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başlanıb. Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilib. Cinayətin aləti olan 1 ədəd "Makarov" tipli tapança maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.