Fahişəliklə məşğul olan 28 yaşlı qadın

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi fahişəliklə məşğul olan 28 yaşlı qızla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 28 avqust 2013-cü il tarixdə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü, Bakı şəhər sakini, Tağıyeva Günel Vidadi qızının gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31