Keçmiş icra başçısı həbs edildi
Rafiq Alışov dələduzluqda ittiham olunur
30 Avqust 2013 16:34 KriminalQobustan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov həbs olunub. "Media forum" xəbər verir ki, avqustun 29-da Xəzər Rayon Məhkəməsi Rafiq Alışov barəsində həbs qətimkan tədbiri seçib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunur. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi 7 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur. Rafiq Şıxməmməd oğlu Alışov Qobustan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31