Məşhur xanəndə avtomobil qəzasında həlak oldu VIDEO

Azərbaycanın tanınmış xanəndələrindən olan Mirzə Rzaxanzadə avtomobil qəzasında həlak olub. "Qafqazinfo"nun məlumatına görə, Mirzə Rzaxanzadə özünə şəxsi avtomobil almaq üçün Gürcüstana gedib. Aldığı yeni avtomobillə vətənə qayıdarkən yağışlı hava səbəbindən idarəetməni itirib və maşın yol kənarına aşıb.

Mirzə Rzaxanzadə 1975-ci ildə Şamaxının Qaracüzlü kəndində doğulub. Asəf Zeynallı adına Musiqi Kollecini bitirən xanəndə bir çox müsabiqələrin laureatı idi.

Az öncə məşhur aşıq havasına klip çəkdirmişdi, təqdimatını keçirmək qismət olmadı.

"Qafqazinfo" oxuculara həmin klipi təqdim edir.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31