Yaroslavlda hərbçilərlə azərbaycanlılar arasında münaqişə
2 İyul 2012 20:07 KriminalRusiyanın Yaroslavl vilayətinin Ustye çayı sahilində dincələn azərbaycanlılarla yerli hərbçilər arasında dava düşüb. Lent. az-ın aif.ru-ya istinadən verdiyi məlumata görə, davaya yüksək səslə musiqi dinləmək səbəb olub. Onlar mübahisə edərkən hərbçilərdən biri həmyerlilərimizə tərəf atəş açmağa başlayıb. Üç azərbaycanlı yaralanıb.Hazırda fakt üzrə araşdırma gedir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31