Gecə məktəbli qızdan şok addım
16 yaşlı qız özünü asıb
29 Avqust 2013 12:56 KriminalBu gecə Şabran rayonunda 16 yaşlı qız özünü asıb. Şarban rayon polis şöbəsinin rəisi Məmmədmusa Hüseynovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Aytac Əhmədova özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asıb. Şabran rayon orta məktəbinin 9-cu sinif şagirdi olan Aytac Əhmədovanın meyitini asılmış halda səhər saatlarında yaxınları aşkarlayıb. Qızın özünü öldürmə səbəbləri araşdırılır.Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31