Bakıda avtoyuma məntəqəsində ölüm baş verib

Avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərəyanı vurması nəticəsində ölüb.Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, avqustun 28-də paytaxtın Nəsimi rayonu ərazisindəki avtoyuma məntəqəsində, orada işləyən Cəlilabad rayon sakini Cəmil Ağayev ölüb.O, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31